Evli kişi qızı yaşında uşağı hamilə qoydu: "Kiməsə desən, səni öldürəcəm"

Evli kişi qızı yaşında uşağı hamilə qoydu: "Kiməsə desən, səni öldürəcəm"
11:17 4 Mart 2017
579 Maraqlı
Ölkə mətbuatı
A- A+

Qız uşaqlarının qaçırılaraq zorla ərə verildiyi İzmirin Kiraz mahalından daha bir pis xəbər gəlib.

Milli.Az "Haberler"ə istinadla bildirir ki, İzmirdə evli və iki uşaq atası 49 yaşlı Mehmet A.  dörd ay əvvəl 6-cı sinif şagirdi 13 yaşlı T.K.-ya təcavüz edib.  T.K.-nın hamilə olduğu məlum olub.

Təcavüzə uğrayan T.K. başına gələnləri ailə üzvlərinə danışa bilməyib. Onun qəribə davranışlarını sezən nənəsi qızı həkimə aparıb. Məlum olub ki, uşaq hamilədir.

Uşaq polislərə ifadəsində deyib:

"Mehmet A. atamın dostu idi. Bir gün atam və anam evdə yox ikən gəldi. Ağzımı bağlayıb, məni zorladı. Səni sevirəm, alacam. Kiməsə desən, səni öldürəcəm, dedi".

Qeyd edək ki, uşaq dövlət himayəsindədir. O, abort ediləcək.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/interest/523204.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR