Möcüzəvi cövhər

Məşhur psixoterapevt Ziqmund Freyd kişilərdə cinsi zəiflik halını belə ifadə edib: “Kişilərin həyatında ən çox rast gəlinən müvəffəqiyyətsizlik”.

Bu müvəffəqiyyətsizlikdən uzaq olmaq istəyirsinizsə, jenşen kökündən hazırlanmış cövhərə etibar edin və həyatınızın həzz mənbəyini zənginləşdirin.

Metbuat.az məlumat verir ki, jenşen cövhərini hazırlamaq üçün 50 qram jenşen kökünün üzərinə qaynadılmış şirin su əlavə olunur. 3 saat saxladıqdan sonra jenşen kökü xırda-xırda doğranılır və üzərinə 500 qram araq əlavə edilir. 20 gün vaxtaşırı çalxalanmaqla qaranlıq yerdə saxlanılır. Sonra süzülərək gün ərzində 1 dəfə, yeməkdən 30 dəqiqə əvvəl 1 çay qaşığı qəbul edilir. Kurs 30-40 gün davam etdirilməlidir.

Bu cövhər cinsi zəifliyi aradan qaldırmaqla yanaşı, orqanizmin immun sistemini gücləndirir, xroniki yorğunluğu aradan qaldırır, ürək-damar və sinir sisteminin fəaliyyətinə müsbət təsir göstərir, maddələr mübadiləsini tənzimləyir.

Aysel Yaqubqızı / Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR