Kraliçanın illik gəliri artıdıldı

İngiltərə parlamenti kraliça II Elizabetin illik gəlirini artırmağı planlaşdırır.

Metbuat.az bildirir ki, yeni qərara görə, kraliçanın kral ailəsinə bağlı şirkətlərdən aldığı pay artırılacaq. Bununla da, kraliçanın illik gəliri 76 milyon funt-sterlinqə çatacaq.

Qanuna görə, artan gəlirlərin bir hissəsi "Buckingham" sarayının 10 il ərzində nəzərdə tutulan restavrasiyasına xərclənəcək. Sarayda su və elektrik xətləri başda olmaqla, bir çox yenilənmə prosesi planlaşdırılır.

Orxan / Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR