"Ermənistanın bu addımları onların məkrli planlarından xəbər verir"

"Ermənistanın bu addımları onların məkrli planlarından xəbər verir"
11:52 4 Mart 2017
93 Ölkə
Ölkə mətbuatı
A- A+

"Düşünürəm ki, Ermənistan rəhbərliyinin bu gün belə təxribatları tez-tez törətməsinin hansısa bir səbəbi var. Mən hələ ki, onun haqqında heç nə demək istəmirəm. Amma bir qədər gözləyək".

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bunu Prezident Administrasiyası rəhbərinin müavini, Xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov jurnalistlərə deyib.

N.Məmmədov əlavə edib:

"Çünki bu proseslərin belə davam etməsi, xüsusilə otən il Vyana və Sankt-Peterburqda təklif edilməsi ki, bundan sonra artıq bu cür provakasiya xarakterli addımların olmaması, yəni sərhəddə təmas xəttində sabitliyin, sakitliyin qorunub saxlanması əsas prinsip kimi irəli sürüldü. Buna baxmayarq, Ermənistan tərəfinin bu addımları atması onların hansısa məkrli planın olmasından xəbər verir. Ona görə də bir qədər gözləyək".

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/politics/523234.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR