Şəhərdən qaçan ailə: "Əsl həyat budur" - FOTO

Şəhərdən qaçan ailə: "Əsl həyat budur" - FOTO
12:05 4 Mart 2017
146 Maraqlı
Ölkə mətbuatı
A- A+

"Kənd idillliyasını seçdik, çünki müasir həyata kəskin allergiyamız var. Şəhərin səs-küyünü, hisini, pasını, tıxaclarını qəbul etmirik. İndi burada yaşayırıq və yaşamımızdan da çox razıyıq".

İngiltərənin Şimali Devon qraflığında, Çulmli bölgəsində, çox gözəl Tarka vadisində yaşayan Allan Barrous belə deyir.

Milli.Az The Guardian-a istinadən bildirir ki, o, xanımı Keytlə birlikdə şəhərdəki evlərini tərk edərək Tarka vadisində, daxmada məskunlaşıb.

Ərlə arvad artıq 19 aydır ki, şəhər həyatından bilmərrə imtina edərək təbiət qoynunda yaşamı seçiblər.

Onlar gildən, samandan və quru ağac gövdələrindən tikdikləri komada ömür sürürlər.

Bu komada, yaxud da daxmada  şəhərlərdəki mənzillər üçün adi olan mərkəzi istilik sistemi, su və elektroenerji yoxdur.

Barruslar elektroenerjini komanın damına qoyulmuş Günəş panellərindən, batareyalardan alırlar, şər qarışanda da işıq mənbəyi kimi yağ lampalarından istifadə edirlər.

47 yaşlı Allan və 45 yaşlı Keyt keçi, qaz və toyuq da saxlayırlar.

Üç oğul valideynləri olan ərlə arvad Somerset qraflığındakı Tonton şəhərində üçmərətəbəli evi tərk edərək komada məskunlaşlamalarına əsla peşman deyillər.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində







Xəbərin orijinal ünvanı: http://news.milli.az/interest/523196.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR