Çin hərbi büdcəni artırır

Çin hərbi büdcəni artırır
12:07 4 Mart 2017
73 Dünya
Ölkə mətbuatı
A- A+

Bakı. 4 mart. REPORT.AZ/ "Bu il Çinin hərbi büdcəsi 7% artacaq və ÜDM-in 1,3%-ni təşkil edəcək".
"Report" BBC-yə istinadən xəbər verir ki, bunu Çin Milli Xalq Konqresinin (MXK) rəsmi nümayəndəsi Fu İn bildirib.
Qeyd edək ki, Çin hərbi büdcəsinin həcminə görə dünyada ABŞ-dan sonra ikinci yeri tutur. 2016-cı ildə Çinin hərbi xərcləri 7,6% artaraq 146 milyard dollar təşkil edib. 2015-ci ildə isə orduya 135 milyard dollar ayrılıb.
Xatırladaq ki, bu bəyanat ABŞ prezidenti Donald Trampın ABŞ-ın müdafiə xərclərini 10% artırmaq niyyətini elan etməsindən bir neçə gün sonra verilib.

Xəbərin orijinal ünvanı: https://report.az/diger-olkeler/cin-herbi-budceni-artirir

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR