Futbolçuya 6 illik diskvalifikasiya istənildi

Futbolçuya 6 illik diskvalifikasiya istənildi
12:12 4 Mart 2017
77 İdman
Ölkə mətbuatı
A- A+

İtaliya Futbol Federasiyası 2016-cı ilin mayında B Seriyası klubu "Avellino"nun danışılmış oyunlarda iştirakı ilə bağlı araşdırmasını davam etdirir.

Milli.Az goal.az-a istinadən xəbər verir ki, prokuror bu klubun sabiq müdafiəçisi, hazırda isə "Genoa"nın şərəfini qoruyan Armando İzzonun 6 il müddətinə diskvalifikasiya olunmasını istəyib. Güman edilir ki, 2013/14 mövsümündə baş tutan "Modena" - "Avellino" (1:0) və "Avellino" - "Reggina" (3:0) danışılmış oyunlarında İzzonun da iştirakı olub. Onun Neapol mafiyası "Vanella Grassi Secondigliano" ilə əlaqələri olduğu ortaya çıxıb. İzzodan başqa Françesko Milezzi və Luki Pini də eyni məsələdə ittiham olunur.

Fabio Pikazane, Mariano Arini və Rafaele Byankolino isə 1.5 il futboldan kənarlaşdırıla və 30 min avro cərimələnə bilər. "Avellino"nun prezidenti Valter Takkonenin isə 9 ay vəzifəsindən kənarlaşdırılması və 45 min avro cərimələnməsi mümkündür. 

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/sport/523238.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR