Afrika ölkəsində ağdərilərə qarşı sanksiya

Cənubi Afrika Respublikasının (CAR) prezidenti Yakob Zuma ölkədə torpaqların bölüşdürülməsində ədalətsizlik olduğunu, buna görə də ağ dərililərdən torpaqların alınacağını və qaradərililərə veriləcəyini açıqlayıb.

Metbuat.az bildirir ki, ölkədə ciddi ərazi islahatlarına ehtiyac duyulduğunu deyən Zuma, Avropa mənşəli vətəndaşların ərazilərinin ictimailəşdirilməsi üçün ölkədəki siyasi güclərin birlikdə fəaliyyətinin əhəmiyyətli olmasını vurğulayıb. Müxalifəti təmsil edən Demokratik İttifaq Partiyasından edilən şərhdə isə bildirilib ki, bu islahat olduqca təhlükəlidir.

Orxan / Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR