Messi "Barsa" rəhbərliyinə siyahı verdi - "5 oyunçunu transfer edin"

Messi "Barsa" rəhbərliyinə siyahı verdi - "5 oyunçunu transfer edin"
12:37 4 Mart 2017
140 Dünya
Ölkə mətbuatı
A- A+

Argentinalı ulduz Lionel Messinin "Barselona"nın yeni transfer siyahısını hazırladığı haqda iddialar dolaşmaqdadır.

Katalonların baş məşqçisi Luis Enrike mövsüm sonunda komandadan ayrılacağını deyib. Onun yerinə hansı baş məşqçinin gələcəyi haqda söz-söhbətlərin davam etdiyi bir vaxtda komandanın ulduzu Messinin vəziyyətə müdaxilə etdiyi ortaya çıxıb.

Yeni müqavilə üçün şərt qoydu 

Milli.Az bildirir ki, Kataloniyanın "Diario Gol" qəzetinin xəbərinə görə, argentinalı ulduz rəhbərliyə istəklərini bildirib. Messi rəhbərlikdən komandanın baş məşçisi postuna "Sevilya"nın çalışdırıcısı Xorxe Sampaolinin gətirilməsini  istəyib. Argentinalı məşqçinin komandaya gələcəyi təqdirdə, Messi müqaviləsini artıracağını bildirib.

Hücuma Dembeleni istədi

Komandanın gücləndirilməsi üçün Messinin yeni transferlər haqda da rəhbərliklə danışığı olduğu deyilir. Məlumatlar arasında onun "Barsa" rəhbərliyinin qarşısına beş oyunçunun transferini şərt kimi qoyduğu haqda xəbərlər də yer alıb. Messinin "Barselona"da görmək istədiyi isimlər arasında "Arsenal"ın sağ cinah müdafiəçisi Hektor Bellerin, "Seltik"in fransalı hücumçusu Mussa Dembele və ya "Eybar" forması geyən ispaniyalı hücumçu Serxi Enrixin adı yer alıb.

Təhməz Təkin

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/523249.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR