Beşinci maddə qüvvəyə minir: NATO-dan Rusiyaya MÜHARİBƏ ELANI

Beşinci maddə qüvvəyə minir: NATO-dan Rusiyaya MÜHARİBƏ ELANI
12:48 4 Mart 2017
120 Dünya
Ölkə mətbuatı
A- A+

“Rusiyanın 2016-cı ildə ABŞ-da keçirilən prezident seçkilərinə müdaxiləsi təcavüz aktı kimi qiymətləndirilə bilər”.

Publika.az “The Independent” nəşrinə istinadən xəbər verir ki, bunu NATO qüvvələrinin Avropadakı Ali Baş Komandanının müavini, general Adrian Bredşou deyib.

Britaniyalı general seçkilərə müdaxiləni aşkar təcavüz aktı adlandırıb və bildirib ki, bu, NATO nizamnaməsinin beşinci maddənin tətbiqinə gətirib çıxara bilər. O, həmçinin qeyd edib ki, Rusiya hərbi alyansa üzv ölkələr üçün hibrid təhlükə yaradır.

Xatırladaq ki, yanvarın 6-da ABŞ Mərkəzi Kəşfiyyat İdarəsi, Federal Təhqiqatlar Bürosu və ABŞ Milli Təhlükəsizlik Agentliyi tərəfindən hazırlanmış məruzənin məxfilikdən çıxarılmış versiyası dərc edilib. Məruzədə iddia olunur ki, Rusiya prezidenti Vladimir Putin ABŞ-da siyasi prosesə təsir etmək və Donald Trampın qələbəsi üçün onun rəqibi Hillari Klintonu rüsvay etmək məqsədi ilə kampaniyanın aparılması barədə şəxsən göstəriş verib.

Moskva isə bütün ittihamları rədd edir.

NATO nizamnaməsinin beşinci maddəsinə görə, ittifaqın bir üzvünə edilən hücum bütün üzvlərə hücum olaraq qəbul olunur.

Ömər Dağlı


Xəbərin orijinal ünvanı: http://publika.az/news/dunya/190130.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR