Afrikanın qərbində yerləşən Kamerunda uşaqların "Boko Haram" terror təşkilatı tərəfindən "canlı bomba" kimi istifadə edildiyi iddia olunur.
Metbuat.az bildirir ki, Kamerunun Uzaq Şimal əyalətinin qubernatoru Midjiyava Bakari belə iddia ilə çıxış edib. Bakari terror təşkilatı ilə mübarizədə bomba istehsalı fabriklərinə müdaxilə zamnı terrorçuların məcburiyyətdən uşaqlardan "canlı bomba" kimi istifadə etməsini açıqlayıb. Ərazidə tez-tez uşaq oğurluqlarının qeydə alınması da bu iddianı isbat edir.
Orxan / Metbuat.az