“iPhone 6” smartfonlarının istehsalı bərpa edilib

“iPhone 6” smartfonlarının istehsalı bərpa edilib
13:35 4 Mart 2017
Ölkə mətbuatı
A- A+

“Apple” şirkəti qızıl korpuslu “iPhone 6” smartfonlarının istehsalını bərpa edib. İstehsalı “iPhone 6s” və “iPhone 6s Plus” modellərinin buraxılışından sonra dayandırılan qurğu inkişaf etməkdə olan bazarlar üçün nəzərdə tutulub və bir neçə Asiya ölkəsində satışa çıxarılacaq. Bərpa olunan “iPhone 6” smartfonunun 32 giqabayt yaddaşla təchiz edilməsi maraq doğurur, halbuki əvvəllər 16, 64 və 128 giqabaytlıq yaddaşa malik olub.

“ICTnews” Elektron Xəbər Xidməti “Macdigger” resursuna istinadən yazır ki, müşahidəçilərin fikrincə, hazırkı “iPhone 6”bazarda çoxluq təşkil edən ucuz “Android” smartfonları ilə rəqabət aparacaq.

Məlumata görə, qızıl korpuslu 32 giqabaytlıq “iPhone 6” martın 10-dan etibarən Tayvanda satışa çıxarılacaq. Smartfondan operatorla aylıq 1399 Tayvan dolları məbləğində müqavilə imzaladıqdan sonra istifadə mümkün olacaq.

İlkin mərhələdə “Apple” Tayvana 30-40 min qızıl “iPhone 6” göndərməyi planlaşdırır. Aparatların satışı ilə yerli operatorların məşğul olacağı bildirilir. Digər ölkələrə tədarük həcmi barədə məlumat verilmir.

NizamNuriyev



Xəbərin orijinal ünvanı: http://ictnews.az/read-46474-news-1.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR