Mağazadan pul, ət oğurlayan şəxslər saxlanılıb

Mağazadan pul, ət oğurlayan şəxslər saxlanılıb
13:39 4 Mart 2017
121 Digər
Ölkə mətbuatı
A- A+

Mağazadan pul, ət oğurlamaqda şübhəli bilinən şəxslər saxlanılıb. Lent.az-ın Daxili İşlər Nazirliyinin saytına istinadən məlumatına görə, Nəsimi RPİ 21-ci PB-nin əməkdaşları tərəfindən martın 1-də Bakı şəhər sakini Fazil Nəsirova məxsus mağazadan 800 manat pul, 40 kiloqram ət və 2 ədəd tərəzi oğurlamaqda şübhəli bilinən paytaxt sakinləri, əvvəllər məhkum olunmuşlar Mixail Orfanidis və Zaur Əzizov tutulublar.

 

Habelə, Lənkəran ŞRPŞ-nin əməkdaşları tərəfindən fevralın 1-də və 14-də şəhər sakinləri Ceyhun Şirvanovun və Afaq Qurbanovanın evlərindən 800 manat dəyərində elektrik naqili və su mühərriki oğurlamaqda şübhəli bilinən Veravul kənd sakini Ramil Məmmədov tutulub.


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/269088

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR