Uşaq sahibi olmaq istəyənlər..

Qadın xəstəlikləri və doğum üzrə mütəxəssis həkim Murat Gök uşaq sahibi olmaq istəyən cütlüklər üçün hamiləliyi əngəlləyən önəmli səbəbləri açıqlayıb.

Metbuat.az Türkiyə mediasına istinadən həkimin sözügedən problemlə bağlı dediklərini təqdim edir:

“Anadangəlmə rəhmdə və ya yumurtalıq borularındakı əngəllər, həyat yoldaşına aid sperma azlığı, ekoloji şərtlər və stress, keçirilmiş əməliyyatlarla bağlı qarın içi yapışıqlıqlar, yumurtaların az çalışması, döllənmə qüsurları, infeksiyalar və rəhm ağzındakı yaralar, rəhm içərisindəki miomalar və poliplər, siqaret və alkoqol vərdişi, həddindən artıq köklük, şəkər xəstəliyi, trioid kimi hormonal pozğunluqlar övlad sahibi olmaq istəyənlər üçün əsas əngəllərdir".

Aysel Yaqubqızı / Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR