PKK Suriya Kürdüstan Demokrat Partiyasının binasına silahlı hücum edib

PKK Suriya Kürdüstan Demokrat Partiyasının binasına silahlı hücum edib
13:57 4 Mart 2017
91 Dünya
Ölkə mətbuatı
A- A+

Bakı. 4 mart. REPORT.AZ/ Terrorçu “PYD” (terrorçu PKK qruplaşmasının Suriyadakı qolu) üzvləri Suriyanın Kamışlı bölgəsində İraqın şimalındakı kürd muxtar hökumətinin rəhbəri Məsud Barzaniyə yaxın olan Kürdüstan Demokrat Partiyasının qərargahına silahlı hücum ediblər.
“Report” "Haber7"yə istinadən xəbər verir ki, terrorçular binanı atəşə tutub, Məsud Barzaninin portretini dağıdıb, ofisi yarasız hala salıblar.
Ötən gün Mosulun Sincar rayonunda terrorçu PKK üzvləri ilə kürd silahlıları arasında da atışma olduğu barədə xəbər yayılmışdı. Həmin silahlı qarşıdurma nəticəsində bir terrorçu öldürülmüş, 4-ü isə yaralanmışdı. 



Xəbərin orijinal ünvanı: https://report.az/diger-olkeler/pkk-suriya-kurdustan-demokrat-partiyasinin-binasina-silahli-hucum-edib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR