"Barselona" futbolçularına UEFA tərəfindən "sürpriz"

"Barselona" futbolçularına UEFA tərəfindən "sürpriz"
13:57 4 Mart 2017
123 İdman
Ölkə mətbuatı
A- A+

UEFA-nın Dopinq nəzarəti heyəti "Barselona"nın 10 futbolçusundan analiz götürüb.

Milli.Az goal.az-a istinadən xəbər verir ki, sürpriz şəkildə katalonların məşq bazasına gələn UEFA nümayəndələri komandanın əsas heyət üzvlərini dopinq test üçün seçib. Bunlar Jerar Pike, İvan Rakitiç, Serxio Buskets, Andres İniesta, Luis Suarez, Lionel Messi, Neymar, Jordi Alba, Xavyer Maskerano və Serji Roberto olub. Zədəsini sağaltmaqda olan Arda Turan bu yoxlamadan kənarda qalıb. Onun "Selta Vigo" ilə matçda "Barselona"ya kömək etməsi gözlənilir. 

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/sport/523268.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR