IMF-nin nümayəndə heyətinin Azərbaycana səfəri başa çatıb

IMF-nin nümayəndə heyətinin Azərbaycana səfəri başa çatıb
14:27 4 Mart 2017
Ölkə mətbuatı
A- A+

Bakı. 4 mart. REPORT.AZ/ Maliyyə naziri Samir Şərifov Beynəlxalq Valyuta Fondunun (BVF) Azərbaycan üzrə missiyasının rəhbəri Məhəmməd Əl Qorçinin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib. 
"Report" Maliyyə Nazirliyinə istinadən xəbər verir ki, görüşdə ölkədə makroiqtisadi sabitliyin və dayanıqlı iqtisadi artımın bərpa edilməsi məqsədilə hökumət tərəfindən həyata keçirilən tədbirlərə dair fikir mübadiləsi aparılıbr.
Eyni zamanda, IMF-nin Azərbaycan üzrə missiyası fiskal yığcamlaşdırma və pul-kredit siyasətinin sərtləşdirilməsi, habelə Azərbaycanın bank sektorunun sağlamlaşdırılması istiqamətində həyata keçirilməkdə olan tədbirlərə dair ətraflı məlumatlandırılıb. Büdcə-vergi sahəsində həyata keçirilən iqtisadi islahatların, eləcə də ölkənin bank sektorunun ən qısa zamanda sağlamlaşdırılmasına yönələn addımların vacibliyini vurğulayan Məhəmməd Əl Qorçi BVF tərəfindən bu tədbirlərin təqdir olunduğunu bildirib. 
Görüş zamanı həmçinin, IMF tərəfindən pul-məzənnə siyasətinin təkmilləşdirilməsi üzrə Azərbaycan Mərkəzi Bankına və ortamüddətli büdcə planlaşdırması və makro-fiskal çərçivənin formalaşdırılması üzrə Maliyyə Nazirliyinə texniki yardımın göstərilməsi ilə bağlı əməkdaşlıq perspektivləri müzakirə olunub.
Tərəflər həmçinin IMF-nin Əssnaməsinin IV Maddə üzrə məsləhətləşmələr missiyasının növbəti səfərinin bu ilin noyabr ayında həyata keçirilməsini razılaşdırıb.

Xəbərin orijinal ünvanı: https://report.az/maliyye/imf-nin-numayende-heyetinin-azerbaycana-seferi-basa-catib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR