Azərbaycan tütün idxalını artırıb

Azərbaycan tütün idxalını artırıb
15:17 4 Mart 2017
Ölkə mətbuatı
A- A+

Bakı. 4 mart. REPORT.AZ/ Bu ilin yanvar ayında Azərbaycana 7 417,6 min ABŞ dolları dəyərində tütün və tütün məmulatları idxal edilib.
"Report"un Dövlət Gömrük Komitəsinə istinadən verdiyi məlumata görə, bu, 2016-cı ilin eyni dövrü ilə müqayisədə 1974,08 min dollar yaxud 36,27% çoxdur.
Nəticədə, ay ərzində ölkəyə idxal olunan tütün və tütün məmulatları ümumi idxalın 1,64%-ni təşkil edib.
Hesabat dövründə Azərbaycandan 2 050,85 min dollar məbləğində tütün və tütünün sənaye əvəzediciləri ixrac edilib ki, bu da əvvəlki il ilə müqayisədə 802,02 min dollar yaxud 64,22% çoxdur. 
Tütün və tütün əvəzedicilərinin ixracı ölkənin ümumi ixracının 0,26%-nə bərabər olub.

Xəbərin orijinal ünvanı: https://report.az/biznes/azerbaycan-tutun-idxalini-artirib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR