Liviyada yaraqlılar neft limanına hücum edib

Liviyada yaraqlılar neft limanına hücum edib
15:57 4 Mart 2017
97 Dünya
Ölkə mətbuatı
A- A+

Bakı. 4 mart. REPORT.AZ/ Liviyada yaraqlılar marşal Xəlifə Haftarın başçılıq etdiyi ölkə ordusu tərəfindən nəzarət edilən Ras Lanuf neft limanına hücum ediblər.
"Report" "RİA Novosti"yə istinadən xəbər verir ki, bunu ordunun nümayəndəsi Əhməd əl-Mismari bildirib.
Qeyd edək ki, Liviyada əsas neft terminalları 2016-cı ildə Haftarın qüvvələri tərəfindən yaraqlılardan azad edilib. Haftar Tripolidəki ölkə hökumətini tanımır.
Əl-Mismarinin sözlərinə görə, Ras Lanufa yeni hücumun arxasında "Benqazinin müdafiəsi briqadaları"nın yaraqlıları dayanır. Yaraqlılar artıq yerli aerodromu ələ keçirməyi bacarıblar.

Xəbərin orijinal ünvanı: https://report.az/diger-olkeler/liviyada-yaraqlilar-neft-limanina-hucum-edib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR