"Real"ın futbolçusu: "12 yaşımda həkim mənə dedi ki..."

"Real"ın futbolçusu: "12 yaşımda həkim mənə dedi ki..."
16:05 4 Mart 2017
95 İdman
Ölkə mətbuatı
A- A+

"Məni müayinə edən həkim futbolda sayılı günlərimin qaldığını dedi".

Milli.Az apasport.az-a istinadən xəbər verir ki, bu sözləri "Real"ın futbolçusu Naço deyib.

Madrid klubunun 27 yaşlı müdafiəçisi UEFA-nın saytına maraqlı açıqlama verib. Uşaqlıq illərindən şəkərli diabet xəstəliyindən əziyyət çəkdiyini deyən Naçonun futbol karyerası erkən bitə bilərmiş.
 
Belə ki, 12 yaşında olarkən, həkim ona futbolda qala bilməyəcəyini deyib. Həmin anları xatırlayan Naço həyatındakı dönüş anını da yada salıb: "12 yaşımda həkimlər mənə şəkərli diabet diaqnozu qoydular. Həmin vaxt artıq "Real"da idim. Yadımdadır, komandamın heyətində turnirdə iştirak etməli olduğum halda, xəstəxanaya getdim. Məni müayinə edən həkim futbolda sayılı günlərimin qaldığını dedi. Həmin həftə kabus kimi keçdi. Lakin bir neçə gün sonra Ramires adlı həkimlə görüşdüm. O mənə dəstək oldu və bildirdi ki, futboldan getməyim barədə söhbət gedə bilməz. Məhz bu, mənim üçün dönüş anı oldu və həyatım yenidən başladı. Təbii ki, çətinliklərim oldu. Çünki normal insanla müqayisədə mən özümə 3 dəfə artıq baxmalı, qidalanma və istirahətə diqqət yetirməli idim".  
 
Naço hazırda bu xəstəliyin ona mane olmadığını əlavə edib: "Bəxtim gətirdi ki, yüksək səviyyədə futbol oynaya bildim. İdmanın başqa növləri ilə də məşğul olmağı xoşlayıram. Axı formada qalmaq vacibdi. Tətil vaxtı velosiped sürürəm. Diabet xəstəliyi mənə istədiyimi etməyə mane olmur".

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/sport/523275.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR