Xəzər dənizində itkin düşmüş neftçiyə məxsus olduğu ehtimal edilən meyit tapılıb

Xəzər dənizində itkin düşmüş neftçiyə məxsus olduğu ehtimal edilən meyit tapılıb
16:17 4 Mart 2017
109 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. 4 mart. REPORT.AZ/ Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azneft” İstehsalat Birliyinin Neft yığım məntəqəsində baş vermiş hadisə ilə əlaqədar bəzi tədbirlər haqqında ölkə prezidentinin 16 dekabr 2016-cı il tarixli Sərəncamına əsasən Dövlət Dəniz Administrasiyasının Gəmilərin Hərəkətinin İdarəolunması Milli Mərkəzində Fövqəladə Hallar Nazirliyi, Müdafiə Nazirliyi, Dövlət Sərhəd Xidməti, Dövlət Dəniz Administrasiyası, SOCAR və “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin aparıcı mütəxəssislərindən ibarət tərkibdə yaradılan Qərargah tərəfindən təsdiq edilən plana uyğun olaraq, müəyyən edilən sektorlar üzrə axtarış-xilasetmə əməliyyatları davam etdirilir.
“Report” xəbər verir ki, bu barədə Axtarış–Xilaetmə Qərargahının yaydığı məlumatda bildirilir.
Məlumata görə, həyata keçirilən axtarış–xilasetmə əməliyyatları nəticəsində, bu gün “Azneft” İB-nin N.Nərimanov adına Neft Qaz Çıxarma İdarəsinin 3 saylı Neft Yığım Məntəqəsinin estakadasının uçduğu ərazinin yaxınlığında naməlum kişi meyiti aşkar edilib. Tapılan meyitin, itkin düşən neftçilərə aid olub olmaması müəyyənləşdirilir. Meyitin şəxsiyyəti müəyyənləşdirildikdən sonra ictimaiyyətə ətraflı məlumat veriləcək.

Xəbərin orijinal ünvanı: https://report.az/hadise/xezer-denizinde-itkin-dusmus-neftciye-mexsus-oldugu-ehtimal-edilen-meyit-tapilib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR