Gəncədə 35 yaşlı kişi intihara cəhd edib

Gəncədə 35 yaşlı kişi intihara cəhd edib
16:22 4 Mart 2017
93 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. 4 mart. REPORT.AZ/ Gəncə şəhərində intihara cəhd hadisəsi baş verib. 
"Report"un Qərb bürosunun verdiyi məlumata görə, hadisə şəhərin Tağı Arani küçəsində, "Dubay bazarı"nın yaxınlığındakı yaşayış massivində qeydə alınıb. 
Belə ki, 35 yaşlı Fariz adlı şəhər sakini intihar məqsədi ilə elektrik dirəyinə çıxıb. O, Fövqəladə Hallar Nazirliyinin (FHN) xilasedicələri və polis əməkdaşlarının müdaxiləsi nəticəsində fikrindən daşındırılıb və intiharın qarşısı alınıb.
Faktla bağlı araşdırma aparılır. 

Xəbərin orijinal ünvanı: https://report.az/hadise/gencede-35-yasli-kisi-intihara-cehd-edib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR