"Bəyaz həyat" 15 ildən sonra yenidən çəkiləcək

"Bəyaz həyat" 15 ildən sonra yenidən çəkiləcək
16:27 4 Mart 2017
284 Şou
Ölkə mətbuatı
A- A+

Uzun illər əvvəl lentə alınan məşhur "Bəyaz həyat" serialının baş rol ifaçıları 15 ildən sonra bir araya gəliblər. 

Milli.Az axşam.az-a istinadən bildirir ki, rejissor Aqil M. Quliyev "Xəzər maqazin"ə açıqlamasında bildirib ki, serialın davamı lentə alınacaq:

"Bəyaz həyat" 15 ildən sonra yenidən çəkiləcək. Belə bir iş etmək istəyirik. Hələ çox açıqlamayaq, sirr qalsın".
 
Əməkdar artist Vəfa Zeynalova bu xəbərin onun üçün sürpriz olduğunu deyib:

"Məni həm şoka saldılar, həm də sevindirdilər. Sosial şəbəkədə tamaşaçılar tərəfindən hər dəfə oradakı Nigar obrazımla bağlı məktublar alıram. Hamı bu serialın davamının çəkilməsini istəyir. Etiraf edim ki, Riyad obrazını oynayan Kamal Dənizi ilk dəfə görəndə etiraz etmişdim. Deyirdim onunla çəkilməyəcəm".

Ekran işində Riyad obrazını canlandıran Kamal Dəniz isə "Bu haqda Aqillə tez-tez danışırdıq. Amma Vəfa ilk dəfə xəbər tutdu" deyə, söyləyib.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/showbiz/523259.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR