Müğənni Adel: "Axmaqlar, mən elə deyiləm" - FOTO

Müğənni Adel: "Axmaqlar, mən elə deyiləm" - FOTO
16:32 4 Mart 2017
183 Maraqlı
Ölkə mətbuatı
A- A+

Dünyanın ən məşhur müğənnilərindən biri, britaniyalı Adel ötən ay 59-cu "Grammy" mükafatlarının təqdimat mərasimində geyindiyi paltara görə sosial şəbəkələrlə lağa qoyulur, ələ salınır.

Milli.Az The Sun-a istinadən bildirir ki, sosial şəbəkə istifadəçiləri onu Şrekin xanımına, şahzadə Fionaya bənzədirlər.

28 yaşlı Adel tənqidçilərə və sosial şəbəkə trollarına çox sərt cavab verib.

"Axmaqlar, mən elə deyiləm! Əynimdəki "Givenchy Couture"dan yaşıl don idi. Axı siz nə bilirsiniz gözəl paltar nədir?!" - Adel yazıb.

Adel hazırda Avstraliyadadır. Bu gün Brisben şəhərində çıxış edəcək müğənninn növbəti konsertləri martın 10 -da və 11-də Sidneydə olacaq.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində






Xəbərin orijinal ünvanı: http://news.milli.az/interest/523189.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR