"Bakı Marafonu 2017"yə həsr olunmuş növbəti təlim keçirilib

"Bakı Marafonu 2017"yə həsr olunmuş növbəti təlim keçirilib
16:47 4 Mart 2017
131 İdman
Ölkə mətbuatı
A- A+

Bakı. 4 mart. REPORT.AZ/ Bu gün “Bakı Marafonu 2017” ilə əlaqədar olaraq "Port Baku"da "Go Sport" idman malları mağazasında təlimə start verilib.
"Report"un məlumatına görə, təlim zamanı qısa məşq, qaçış texnikasının formalaşdırılması təlimçi Namiq Əsədovun göstərişi ilə keçirilib.
Təlimdə marafonçulardan Türkiyə vətandaşı Selda Tarakcı və digər şəxslər iştirak edib. Burada sürət dözümlülüyü, bədənin ümumi dözümü və qaçışın gücünün artırılması ilə bağlı göstərşilər verilib.
S.Tarakcı "Report"a açıqlamasında bildirib ki, Bakıda tələbədir: "Birinci kursda oxuyuram. “Bakı Marafonu 2017” barədə eşidəndən sonra özümü yoxlamaq istədim. Türkiyədə də əvvəl voleybolla, daha sonra digər idman növü ilə məşğul olmuşam. İndi də yarışqabağı təilmə başlamışam".
Təlimlər hər həftənin şənbə günü saat 14:00-da davam etdiriləcək.
Qeyd edək ki, aprelin 30-da keçiriləcək “Bakı Marafonu 2017” saat 10:00-da start götürəcək. Heydər Əliyev Fondunun təşəbbüsü ilə ikinci dəfə keçiriləcək marafon Dənizkənarı Bulvar İdarəsinin, Bakı Olimpiya Stadionunun dəstəyi ilə təşkil olunacaq. Layihənin icrasını isə “Sport Marketing Group” (SMG) şirkəti həyata keçirir.












Xəbərin orijinal ünvanı: https://report.az/ferdi/baki-marafonu-2017-ye-hesr-olunmus-telim-kecirilib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR