Bakıda "KAMAZ"ın rəsmi dillerlərinin illik konfransı keçirilib

Bakıda "KAMAZ"ın rəsmi dillerlərinin illik konfransı keçirilib
17:02 4 Mart 2017
Ölkə mətbuatı
A- A+

Bakı. 4 mart. REPORT.AZ/ Bakıda “KAMAZ” ASC-nin rəsmi dillerlərinin XXI illik konfransı keçirilib.
Tatarıstanın Azərbaycandakı daimi nümayəndəliyindən “Report”a verilən xəbərə görə, konfransda çıxış edən “KAMAZ”ın baş direktoru Serqey Koqoqin rəhbərlik etdiyi şirkətin 2016-ci ildəki fəaliyyətinin yekunları barədə danışıb. 
Onun sözlərinə görə, ötən il müəssisə Rusiyanın avtomobil bazarında iştirak payını 51%-dən 56%-ə çatdırıb. 
Bundan başqa, tədbirdə “KAMAZ”ın top-menecerləri öz məruzələri ilə dilerlərin qarşısında çıxış ediblər, dəyirmi masalar çərçivəsində avtomobillərin satışı ilə bağlı maliyyə xidmətləri və s. məsələləri müzakirə edilib.
Xatırladaq ki, 2015-ci il aprelin 14-də Tatarıstan prezidenti Rüstəm Minnixanovun Azərbaycana səfəri çərçivəsində “KAMAZ” avtomobillərinin “Gəncə avtomobil zavodun”da istehsal edilən yığma xəttinin açılış mərasimi olub.





Xəbərin orijinal ünvanı: https://report.az/i-nfrastruktur/bakida-kamaz-in-resmi-dillerlerinin-illik-konfransi-kecirilib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR