“Azərbaycan Dəmir Yolları” keçirdiyi tenderin müddətini artırıb

“Azərbaycan Dəmir Yolları” keçirdiyi tenderin müddətini artırıb
17:17 4 Mart 2017
Ölkə mətbuatı
A- A+

Bakı. 4 mart. REPORT.AZ/ “Azərbaycan Dəmir Yolları” QSC-nin (ADY) Texniki xidmət və istismar idarəsi bu il fevralın 11-də elan etdiyi xüsusi fəhlə geyimlərinin - işçi əlcəyi, işçi botinkası, siqnal jileti, qış gödəkçəsi, fəhlə-geyim dəsti (kitel və şalvar) və s. satın alınması ilə əlaqədar açıq tenderin müddətini artırıb.
“Report” xəbər verir ki, bu barədə rəsmi mətbuatda məlumat verilib.
Məlumata görə, İddiaçılar ilkin sənədləri martın 1-nə qədər deyil, 27-nə qədər, tender təklifi və bank zəmanətini isə martın 10-na qədər deyil, aprelin 4-nə qədər ADY-yə (Bakı şəhəri, Nəsimi rayonu, Dilarə Əliyeva küçəsi, 230 ünvanına) təqdim edə bilərlər. Əlaqələndirici şəxs Təchizat şöbəsinin rəisi Şahin Paşayevdir.
Təkliflərə aprelin 5-də, saat 11:00-da adı çəkilən ünvanda baxılacaq.
Qeyd edək ki, tenderdə iştirak haqqı 300 manatdır.

Xəbərin orijinal ünvanı: https://report.az/i-nfrastruktur/azerbaycan-demir-yollari-kecirdiyi-tenderin-muddetini-artirib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR