Tramp: "Obama telefon danışıqlarımı dinləyirmiş"

Tramp: "Obama telefon danışıqlarımı dinləyirmiş"
17:22 4 Mart 2017
104 Dünya
Ölkə mətbuatı
A- A+

"Rusiya səfiri Sergey Kislyakın ABŞ baş prokuroru Ceff Seşns ilə ilk görüşü Baraka Obama administrasiya tərəfindən təşkil edilib".

Milli.Az APA-ya istinadən xəbər verir ki, bu barədə ABŞ prezidenti Donald Tramp özünün "Twitter" səhifəsində yazıb.
 
O qeyd edib ki, Kislyakla Seşns arasında ilk görüş 100 səfir üçün nəzərdə tutulan təhsil proqramı çərçivəsində keçirilib.
 
Tramp bildirib ki, Obamanın prezidentliyi dönəmində Kislyak 22 dəfə Ağ evdə olub. 
 
ABŞ prezidenti həmçinin qeyd edib ki, sabiq prezident Obama onun telefon danışıqlarını dinləyib. Onun sözlərinə görə, telefon danışıqları 2016-cı il prezident seçkiləri öncəsi dinlənilib.

 Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/523294.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR