Donald Tramp Barak Obamanı telefonunu dinləməkdə ittham edib

Donald Tramp Barak Obamanı telefonunu dinləməkdə ittham edib
17:27 4 Mart 2017
104 Dünya
Ölkə mətbuatı
A- A+

Bakı. 4 mart. REPORT.AZ/ ABŞ prezidenti Donald Tramp sələfi Barak Obamanı seçki kampaniyası zamanı onun telefon danışıqlarını dinləməkdə ittiham edib.
"Report" xəbər verir ki, bu barədə D.Tramp "Twitter" səhifəsində yazıb.
"Prezident Obama seçki prosesi zamanı telefon danışıqlarımı dinləyəcək dərəcədə alçalıb. Bu, Niksonun Uotergeyt qalmaqalıdır. Mərc edə bilərəm ki, yaxşı vəkil prezident Obamanın düz seçkilər ərəfəsində, oktyabrda telefon danışıqlarımı dinləməsi faktından böyük iş çıxara bilər", - ABŞ prezidenti əlavə edib.

Xəbərin orijinal ünvanı: https://report.az/diger-olkeler/donald-tramp-barak-obamani-telefonunu-dinlemekde-ittham-edib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR