Türkiyə gözəli futbolçuya ərə gedir

Türkiyə gözəli futbolçuya ərə gedir
17:37 4 Mart 2017
154 İdman
Ölkə mətbuatı
A- A+

"Arsenal"ın və Almaniya millisinin futbolçusu Mesut Özil evlənir. Fanat.Az xəbər verir ki, ulduz futbolçu Türkiyə gözəli Aminə Gülşe ilə ailə həyatı qurmağa hazırlaşır.


İki il əvvəl də sevgili olan, daha sonra isə ayrılan cütlük bir müddət əvvəl nişanlanıb. Nişan mərasimləri Londonda baş tutan cütlüyün toyu Mesutun böyüdüyü Almaniyada olacaq. Onlar artıq toy hazırlıqlarına başlayıblar.


Cütlük yaşamaq üçün İstanbulda da ev almaq istəyir. Onların təxminən 7 milyon dollara, Boğaz mənzərəli ev axtardığı deyilir. Mesut İstanbulda baş tutacaq ikinci toy üçün də beş ulduzlu otellərə baxış keçirir. Cütlüyün iyulda ailə quracağı gözlənilir.


Fanat.Az


Xəbərin orijinal ünvanı: http://fanat.az/xeber-turkiy-gozli-futbolcuya-r-gedir-t56689.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR