Trampdan Obamaya: “Xəstə adam” telefonlarımı dinləyirmiş"

Trampdan Obamaya: “Xəstə adam” telefonlarımı dinləyirmiş"
18:03 4 Mart 2017
137 Dünya
Ölkə mətbuatı
A- A+

ABŞ prezidenti Donald Tramp tvitter səhifəsində keçmiş prezident Barak Obamanın seçki prosesi ərəfəsində onun telefon danışıqlarını dinlədiyini yazıb.

Publika.az xəbər verir ki, prezident bu ittihamlarının ardından Barak Obamanı “xəstə adam” adlandırıb.

“Obama, müqəddəs seçki müddətində telefonları dinləyəcək səviyyəyə necə düşmüş ola bilərsən. Bu yeni bir Votergeyt skandalıdır. Pis-xəstə adam”, - deyə ABŞ-ın 45-ci prezidenti D.Tramp yazıb.

Trampın digər tvitter paylaşımı isə belədir: “Dəhşətdir, Obamanın seçkidə qalibiyyətim elan edilməmişdən əvvəl "Tramp Tover"də telefonlarımı dinlətdirdiyini öyrəndim”.

Digər bir paylaşınımda isə belə yazır: “Hakimiyyətdəki prezidentin seçkidən əvvəl namizədlərin telefon danışıqlarını dinləməsi qanunidirmi?...Yenə bir ucuzluq”.

Gülxar


Xəbərin orijinal ünvanı: http://publika.az/news/dunya/190161.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR