Şimali Koreyaya Malayziya şoku - 48 SAAT VAXT VERİLDİ

Şimali Koreyaya Malayziya şoku - 48 SAAT VAXT VERİLDİ
18:38 4 Mart 2017
145 Dünya
Ölkə mətbuatı
A- A+

Malayziya Şimali Koreyanın Kuala Lumpurdakı səfiri Kanq Çolu persona non qrata elan edib.

Publika.az “Royters”ə istinadən xəbər verir ki, şimali koreyalı diplomata Malayziyanı tərk etməsi üçün 48 saat vaxt verilib.

Şimali Koreya lideri Kim Çen Inın ögey qardaşı Kim Çen Namın Kuala Lumpur hava limanında sui-qəsd nəticəsində zəhərlənərək öldürülməsindən sonra iki ölkə arasında pozulan münasibətlər daha da gərginləşib.

Malayziya XİN-dən verilən açıqlamada bildirilir ki, sui-qəsdlə bağlı araşdırmada yerli hüquq-mühafizə orqanlarının fəaliyyətinə şübhə etdiyi üçün səfir arzuolunmaz şəxs elan edilib.

Pərviz


Xəbərin orijinal ünvanı: http://publika.az/news/dunya/190164.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR