“Böyük hesabla qələbə qazansaq da...” – Qurban Qurbanov

“Böyük hesabla qələbə qazansaq da...” – Qurban Qurbanov
19:05 4 Mart 2017
74 İdman
Ölkə mətbuatı
A- A+

"Sumqayıt" azarkeşlərinə təşəkkür edirəm, komandamzı çox yaxşı qarşıladılar. Uzaq yol gəldikləri üçün öz tərəfdarlarımıza da minnətdaram". Milli.Az apasport.az-a istinadən xəbər verir ki, bu sözləri "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov deyib.
 
Azərbaycan Premyer Liqasının XXI turunda səfərdə "Sumqayıt"la qarşılaşan ağdamlılar görüşdən 4:0 hesablı qələbə ilə ayrılıb.
 
Matç başa çatdıqdan sonra fikirlərini klubun rəsmi saytına açıqlayan mütəxəssis vacib qələbə qazandıqlarını deyib: "Son iki oyunda uğursuz nəticələrə baxmayaraq, azarkeşlərimiz bizim yanımızdaydılar. Oyuna gəlincə, komandamızın üzərində təzyiqlər var idi. Niyə problemimiz var idi, bunu çox yaxşı bilirəm. Böyük hesabla qələbə qazansaq da, üzərimizdəki təzyiq meydanda hiss olunurdu. Vacib 3 xal qazandıq. Ümid edirəm ki, bundan sonra səhvlər etməyəcəyik. Futbolçularıma 1-2 gün istirahət verəcəm ki, ailələrinin yanında olsunlar. Milli komandaya gedən futbolçulara da uğurlar arzu edirəm".

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/sport/523299.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR