Argentina yığmasının heyəti açıqlandı

Argentina yığmasının heyəti açıqlandı
19:12 4 Mart 2017
132 İdman
Ölkə mətbuatı
A- A+

Argentina yığmasının heyəti açıqlanıb.

Milli.Az apasport.az-a istinadən xəbər verir ki, DÇ-2018-in seçmə mərhələsi çərçivəsində Çili və Boliviya ilə oyunlar üçün tərtib olunmuş siyahıda

26 futbolçunun adı yer alıb.

Baş məşqçi Edqardo Bauza Türkiyə çempionatında çıxış edən Emmanuel Masa da dəvət göndərib.

Qapıçılar: Serxio Romero ("Mançester Yunayted", İngiltərə), Nauel Quzman ("Tiqres", Meksika), Mariano Anduxar ("Estudiantes")

Müdafiəçilər: Fakundo Ronkalya ("Selta", İspaniya), Mateo Musakkio ("Vilyarreal", İspaniya), Ramiro Funes-Mori ("Everton", İngiltərə), Pablo Zabaleta, Nikolas Otamendi (hər ikisi "Mançester Siti", İngiltərə), Markos Roxo ("Mançester Yunayted", İngiltərə), Qabriel Merkado ("Sevilya", İspaniya), Xulio Buffarini ("San-Paulo", Braziliya), Emmanuel Mas ("Trabzonspor", Türkiyə)

Yarımmüdafiəçilər: Xavyer Maskerano ("Barselona"), Lukas Bilya ("Latsio", İtaliya), Qvido Pizarro ("Tiqres", Meksika), Ever Baneqa ("İnter", İtaliya), Anxel di Mariya (PSJ, Fransa), Enzo Peres ("Valensiya", İspaniya), Markos Akuna ("Rasinq")

Hücumçular: Lionel Messi ("Barselona", İspaniya), Anxel Korrea ("Atletiko", İspaniya), Lukas Pratto ("San-Paulo", Braziliya), Paulo Dibala, Qonsalo İquain (hər ikisi "Yuventus", İtaliya), Ezekyel Lavezzi ("Hebey Çayna Fortun", Çin), Serxio Aquero ("Mançester Siti", İngiltərə)

Qeyd edək ki, Argentina yığması Çili ilə martın 23-də, Boliviya ilə ayın 28-də üz-üzə gələcək.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/sport/523304.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR