Arda Turan qayıtdı

Arda Turan qayıtdı
19:12 4 Mart 2017
129 İdman
Ölkə mətbuatı
A- A+

"Barselona"nın türkiyəli futbolçusu Arda Turan sıraya dönüb.

Milli.Az apasport.az-a istinadən xəbər verir ki, zədəli olduğu üçün son vaxtlar meydana çıxmayan yarımmüdafiəçi bu problemi geridə qoyub.
 
Belə ki, Arda La Liqanın XXVI turu çərçivəsində bu gün "Selta" ilə keçiriləcək matçda komandasına kömək etməyə hazırdı. Onun adı "Barselona"nın "Selta" ilə oyun üçün sifariş vərəqəsinə daxil edilib.
 
Əvəzində kataloniyalıların digər futbolçusu Andre Qomeş xəstələndiyi üçün oyunu buraxacaq.
 
Qeyd edək ki, "Barselona" - "Selta" matçı Bakı vaxtı ilə saat 23:45-də start götürəcək.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/sport/523302.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR