"Oyun göstərdi ki, avrokubokdan danışmaq tezdi" - Samir Abasov

"Oyun göstərdi ki, avrokubokdan danışmaq tezdi" -   Samir Abasov
19:37 4 Mart 2017
86 İdman
Ölkə mətbuatı
A- A+

"Bu oyun "Sumqayıt”a bir cavab oldu. Arzuladığımız bir şey var, bir də reallıq. Avroliqa haqda düşünürdük. Bugünkü oyun göstərdi ki, avrokubokdan danışmaq tezdir. Oyun ərzində elə epizodlar oldu ki, məni susmağa vadar etdi. İnanmıram ki, gələcək turlarda belə oynayacağıq. Bu matçdan sonra 4-cü yer haqda düşünmək belə, istəmirik. Bu baş versə, təsadüfə bağlayarsınız".


Bu sözləri "Sumqayıt"ın baş məşqçisi Samir Abasov Topaz Premyer Liqanın 21-ci turunda "Qarabağ"la oyundan (0:4) sonra deyib. Daha sonra o, jurnalistlərin suallarını cavablandırıb.


- Bu gün sistemi dəyişdiniz, 4 müdafiəçi ilə oynadınız...

- Beş müdafiəçi ilə oynadığımız kubok oyununu yada salın, 6 qol buraxmışdıq. Sistemi bir qırağa qoyun, uşaqlar həyəcanlı idi.


- Adətən sərkərdəsi həyəcan keçirdən əsgər qorxur. Rəqibdən çəkinirdiniz?

- Xeyr, qətiyyən. Ancaq belə alındı. Uşaqlar elə səhvlər etdi ki, deməyə söz tapmıram. “Qəbələ”nin də bizi burda 4:0 udması mümkündür. (qol.az)


Fanat.Az


Xəbərin orijinal ünvanı: http://fanat.az/xeber-quotoyun-gostrdi-ki-avrokubokdan-danmaq-tezdiquot-t56692.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR