Can, mal, abır – insanın üzərində olan 3 haqq

Can, mal, abır – insanın üzərində olan 3 haqq
19:42 4 Mart 2017
128 Ölkə
Ölkə mətbuatı
A- A+

Quran ayələrinə və hədislərə nəzər salan zaman görmək olur ki, hər bir insanın üzərində  üç haqqı vardır.

Onlarla tanış olaq:
1. Can haqqı. "Ey iman gətirənlər, sizə (qəsdən) öldürülənlər barəsində qisas (hökmü) yazılmış və qərara alınmışdır: azad şəxsin müqabilində azad, qulun müqabilində qul və qadının müqabilində qadın". ("Bəqərə" 178). Bu ayə göstərir ki, hər bir insanın canı - onun ən dəyərli sərmayəsidir və əgər əldən verərsə, gərək can qarşılığında can alınsın, yəni qisas alınsın. Milli.Az deyerler.org-a istinadən bildirir ki, lakin yadda saxlamaq lazımdır ki, qisas - intiqam almaq deyildir, canın qiymətidir. Əgər qisas hökmü olmasaydı, cəmiyyətdə olan daşürəkli insanlar rahat başqalarını öldürə bilərdilər. (Tebyan)
2. Mali haqq. Başqalarının mali haqqına riayət etmək və onlara təcavüz etməmək - insanın boynunda olan başqa bir haqdır. Misal üçün, satış zamanı aldatmaq və fırıldaq gəlmək kimi. "Vay halına əskik satanların! O kəslər ki, özləri insanlardan ölçü ilə bir şey aldıqda, onu tam ölçüb alarlar, Onlar üçün bir şey ölçdükdə və ya çəkdikdə isə onu əskildərlər". ("Mutəffifin" 1-3).
Sələm də bu haqların pozulmasından biridir. "Sələm yeyən kəslərin (insanlar arasındakı) duruş və rəftarları şeytanın toxunaraq dəli etdiyi (davranışının tarazlığını pozduğu) kəsin rəftarı kimidir. Bu, onların "şübhəsiz, alış-veriş də sələm kimidir" demələrinə görədir. Halbuki, Allah alış-verişi halal, sələmi isə haram etmişdir". ("Bəqərə" 275).
3. Abır və heysiyyət haqqı. İnsanın boynunda olan başqa bir haqq isə abır və heysiyyətidir. Hər nə bu ikisini təhlükəyə salarsa, sanki insanın canını təhlükəyə salmış olar. Qeybət - bu haqqın pozulmasına səbəb olan günahlardandır. "Ey iman gətirənlər! Gümanlardan çox çəkinin. Çünki (həqiqətə zidd) gümanların bəzisi(nin arxasınca getmək) günahdır və (həmin bəzilərin hansı gümanlar olması məlum olmadığı üçün onların hamısından çəkinmək lazımdır". ("Hucurat" 12).

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/society/523108.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR