Gənclər Fondunun Müşahidə Şurasına üzvlər təyin edildi

Prezident İlham Əliyev Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun Müşahidə Şurasının üzvlərinin təyin edilməsi haqqında sərəncam imzalayıb.

Metbuat.az-ın məlumatına görə, aşağıdakı şəxslər Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun Müşahidə Şurasının üzvləri təyin ediliblər:

dövlət orqanlarından

Süleymanov Tahir Veys oğlu - Azərbaycan Respublikası Prezidenti Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsi müdirinin müavini

Babayev İntiqam Vaqif oğlu - Azərbaycan Respublikası gənclər və idman nazirinin müavini

Bayramov Ceyhun Əziz oğlu - Azərbaycan Respublikası təhsil nazirinin müavini

Bayramov Rafiq Yasin oğlu - Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi Aparatının rəhbəri

Məmmədov Cavid Nəriman oğlu- Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Sosial sahələrin maliyyəsi şöbəsi müdirinin müavini

gənclər təşkilatlarından

Mehdiyev Nurəddin Səftər oğlu - “Bizim Nəsil” Gənclərin Regional İnkişaf Assosiasiyasının sədri

Seyidov Mirhəsən Mirheydər oğlu - “İrəli” İctimai Birliyinin sədri

Hüseynov Seymur Elşad oğlu - Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasının sədri

Orucov Seymur Vaqif oğlu - “Gənclərin İntellektual İnkişafına Yardım” İctimai Birliyinin İdarə Heyətinin sədri

Sərəncama əsasən, Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun Müşahidə Şurasının üzvlərinin təyin edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 4 mart tarixli 2757 nömrəli Sərəncamı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2013, № 3, maddə 263) ləğv edilib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR