Fevralın 24-dən 25-nə keçən gecə Ermənistan silahlı
qüvvələri bütün cəbhə boyu irimiqyaslı təxribatlarından sonra təmas
xəttində vəziyyət gərgin olaraq qalır. Beynəlxalq beyin mərkəziləri
və analitiklər Dağlıq Qarabağga genişmiqyaslı hərbi toqquşmalar
barədə xəbərdarlıq edirlər. Suriyada nisbi sakitlik müşahidə edilsə
də, mövcud situasiya proseslərin təhlükəli istiqamətdə inkişaf
etdiyini göstərir. İŞİD terror təşkilatı yarandığı gündən bu yana
ilk dəfə məğlubiyyəti qəbul edib.
Fevralın 24-dən 25-nə keçən gecə Ermənistan silahlı
qüvvələri bütün cəbhə boyu irimiqyaslı təxribatlar
törətdi. Düşmən təxribatının qarşısını alarkən şəhid
olmuş hərbi qulluqçularımızın nəşləri fevralın 27-də beynəlxalq
vasitəçilərin iştirakı ilə döyüş meydanından təxliyə edilib.
Martın 2-nə keçən gecə cəbhənin Ağdərə-Tərtər
istiqamətində Ermənistan silahlı qüvvələrinin kəşfiyyat-diversiya
qrupu növbəti dəfə təxribat törətmək məqsədilə mövqelərimizə basqın
etməyə cəhd göstərib. Müdafiə Nazirliyindən verilən
məlumata görə, dərhal görülən tədbirlər nəticəsində düşmənin canlı
qüvvəsi məhv edilib və o, geri çəkilməyə məcbur olub.
Fevralın 25-dən martın 2-si tarixi də daxil olmaqla
Ermənistan silahlı qüvvələrinin təxribatlarına cavab olaraq,
qoşunlarımız tərəfindən müxtəlif istiqamətlərdə düşmənə qarşı
görülən cavab tədbirləri nəticəsində qarşı tərəfin itkiləri ölən və
yaralananlarla birlikdə 30 nəfərə yaxındır. Bu haqda
Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildirilib.
Rusiya prezidentinin səlahiyyətli nümayəndəsi,
İctimai Palatanın üzvü, politoloq Sergey Markovun sözlərinə görə,
Dağlıq Qarabağda gərginliyə səbəb olan hücumu Ermənistan tərəfi
edib.
“Biz mənzərəni tam aydınlaşdıra bilməsək də, erməni hərbi
nümayəndələrinin bəyanatları hücumun onlar tərəfindən edildiyini
göstərdi”, - politoloq deyib.
S.Markov Ermənistanın hücuma keçməsinin 4 səbəbini və əsas planını
açıqlayıb.
Qarabağdakı döyüşlərin 4 SƏBƏBİ: Putinin adamı BÜTÜN SİRLƏRİ AÇDI
Putinin adamı gizlinləri gün işığına çıxardı.
Böyük Britaniyada fəaliyyət göstərən “Jane's
Intelligence” analitik mərkəzi Dağlıq Qarabağda erməni hücumu
nəticəsində başlanan gərginliklə bağlı məqalə
hazırlayıb. Məqalədə deyilir ki, Qarabağda müharibə
qaçılmaz görünür və Azərbaycan ərazilərini azad edəcək”.
Mərkəz qeyd edir ki, Azərbaycanın taktikası Ermənistan üçün sürpriz
olacaq. “Ermənistan indiyə qədər müdafiə və diplomatik taktikasını
gücləndirə bilmədi”, - deyə məqalədə bildirilir.
Ötən il aprel döyüşlərindən sonra Dağlıq Qarabağ
münaqişəsinin sülh yolu ilə nizamlanması prosesi növbəti dəfə
dalana dirəndi. Qoşunların təmas xəttində artan gərginliyə
baxmayaraq beynəlxalq cəmiyyət bu problemə öz diqqətini artırmadı.
Bu isə onun göstərir ki, münaqişənin hərbi yolla həlli daha
realdır, nəinki sülh yolu ilə. Bunu 2016-cı il aprel
döyüşlərinin ildönümü ərəfəsində Dağlıq Qarabağ münaqişəsi
ətrafında baş verə biləcək mümkün hadisələri ekspertlərlə
qiymətləndirən vestikavkaza.ru saytı yazıb.
Siyasi analitik, tarix elmləri doktoru Oleq Kuznetsov vurğulayıb
ki, münaqişənin sülh yolu ilə nizamlanması şansı qaçırılıb və indi
yalnız hərbi həll mümkündür.
Qarabağ problemi yalnız bu yolla HƏLL EDİLƏ BİLƏR - Rusiyadan YENİ MÜHARİBƏ PLANI
Rusiyadan YENİ MÜHARİBƏ PLANI
“Yazda Dağlıq Qarabağ zonasında genişmiqyaslı
toqquşmaların başlayacağı təhlükəsi var”. Bu barədə
“Karnegi” fondunun Cənubi Qafqaz üzrə eksperti Tomas de Vall
Ermənistanın “Jamanax” qəzetinə müsahibəsində deyib. T.Vall
müharibənin qarşısını almaq üçün müxtəlif kanallar vasitəsilə
danışıqlar getdiyini vurğulayıb.
“BMT, ATƏT və digər kanallar vasitəsilə pərdəarxası diplomatiya
aparılır, əsas məqsəd tərəfləri müharibədən çəkindirməkdir. Lakin
tərəflərdən biri, yaxud hər ikisi müharibəyə gedərsə, bunu
dayandırmaq çətin olacaq”, - deyə o bildirib.
ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin (CİA) “kölgəsi”
hesab olunan “Stratfor” analitik mərkəzi Dağlıq Qarabağda baş verən
toqquşmaları şərh edib.
Analitik mərkəz qeyd edir ki, Azərbaycan status-kvonu dəyişmək və
danışıqların yenilənməsi üçün Rusiya ilə sıx əməkdaşlıq edir:
“Çünki əraziləri yalnız bu yolla qaytarmaq mümkündür. Lakin Rusiya
da bu vəziyyətdən istifadə edərək, Azərbaycanda öz maraqlarının
gücləndirə bilər”.
ABŞ kəşfiyyatı Qarabağ GİZLİNLƏRİNİ ÜZƏ ÇIXARTDI: torpaqların azad olunması...
ABŞ kəşfiyyatı sirri açdı
Ermənistan prezidenti Serj Sarkisyanın Moskvaya
səfərinin vaxtı məlum olub. "İzvestiya" nəşri
İrəvandakı diplomatik mənbələrə istinadən Sarkisyanın martın 14-də
Moskvaya səfər edəcəyini yazıb. Kremlin mətbuat katibi Dmitri
Peskov da bu məlumatı təsdiqləyib. Ümumilikdə Serj Sarkisyanın
Moskva səfərində açıq qalan suallar var.
Putindən Sarkisyana Qarabağ tapşırığı: “Ya dediyimi et, ya da..” – YENİ PLAN
Ermənistan prezidenti Serj Sarkisyanın Moskvaya səfərinin vaxtı məlum olub.
Dağlıq Qarabağda gərginliyin davam etdiyi vaxtda
Ermənistanın “aprel müharibəsi”ndə məğlub olmasının səbəbləri
yenidən gündəmə gəlib. Ermənistanın baş naziri Karen
Karapetyan parlamentdə çıxışı zamanı “aprel məğlubiyyəti”nin əsas
səbəbinin hərbi texnikanın normal işləməməsi olduğunu deyib.
Seyran Ohanyan isə cavabında hakimiyyəti bütün sirləri ifşa etməklə
hədələyib.
Əsgərlərimiz İrəvanı bir-birinə VURDU: Sarkisyan küncə sıxışdırıldı, Qarabağ SİRLƏRİ AÇILIR
Məğlub olan Ermənistan şokda
“Pakistan Azərbaycana orta uzaqmənzilli raketlər
verə bilər. Hansı ki, bu raketlər Rusiyanın
Ermənistana verdiyi “İskəndər” raket komplekslərinə qarşı istifadə
edilə bilər”. Bu barədə rusiyalı hərbi ekspert Pavel Felqenqauer
Azərbaycan-Pakistan hərbi əməkdaşlığına münasibət bildirərkən
deyib.
Qeyd edək ki, daha əvvəl Azərbaycan Pakistandan
döyüş və təlim təyyarələri almaq istədiyinin xəbər
vermişdik. Bu istiqamətdə artıq danışıqlar
yekunlaşıb, sənədləşmə işləri aparılır. Proses başa çatdıqdan sonra
“JF -17 Thunder” döyüş və "Super Mushshak" təlim təyyarələri
Azərbaycana yola salınacaq.
Azərbaycan Ermənistanı yerlə yeksan edəcək QIRICILAR ALIR - Qiyməti 20 milyon - VİDEO
Bu istiqamətdə artıq danışıqlar yekunlaşıb, sənədləşmə işləri aparılır.
Ukrayna Nazirlər Kabineti Dövlət Fiskal Xidmətinin
(DFX) sədri, azərbaycanlı Roman Nəsirovu vəzifəsindən
kənarlaşdırıb. Bu haqda təklif maliyyə naziri
Aleksandr Danilyukdan daxil olub.
Qeyd edək ki, Roman Nəsirov Ali Radanın deputatı Aleksandr
Onişenkonun cinayət işi üzrə saxlanılıb. Vəkil Denis Fetisovun
sözlərinə görə, R.Nəsirov Ukrayna Cinayət Məcəlləsinin 364-cü
maddəsi üzrə (vəzifədən sui-istifadə) şübhəli bilinir.
Suriyada nisbi sakitlik müşahidə edilsə də, mövcud
situasiya proseslərin təhlükəli istiqamətdə inkişaf etdiyini
göstərir. İŞİD terror qruplaşmasının de-fakto paytaxtı olan
Rakkanın azad edilməsi əməliyyatında hansı güclərin iştirak edəcəyi
hələlik sual olaraq qalır.
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ABŞ-ın Suriyanın Rakka
şəhərinin İŞİD terror qruplaşmasından azad edilməsi üzrə dəqiq
planının olmadığını deyib. "Deyə bilmərəm ki, ABŞ-ın Rakka ilə
bağlı dəqiq planı var. ABŞ Baş Qərargahının rəisi və MKİ
direktorunun Türkiyəyə səfəri zamanı bu prosesdə müəyyən addım
atıldı, lakin biz bunu "ilkin addım" adlandırıla bilərik", -
Ərdoğan bildirib.
Dövlət başçısı bildirib ki, əsasən kürd qoşunlarından ibarət
olan "Suriya Demokratik Qüvvələri" silahlı koalisiyası Rakkanın
azad edilməsi əməliyyatında iştirak etməməlidir: "Bu bizim üçün
qəbuledilməzdir".
Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu
deyib ki, YPG Münbicdən çəkilməsə, vurulacaq.
“Əl-Babdan sonra Münbicə doğru hərəkət edəcəyik. Məqsəd şəhərin əsl
sahiblərinə qaytarılmasıdır. Münbiç əməliyyatımız hələ başlanmayıb.
ABŞ hərbi birliklərinin bölgədə olduğunu bilirik. ABŞ-dan tələbimiz
YPG-nin dərhal Münbiçi tərk etməsi ilə bağlıdır”, - o bildirib.
Türkiyə xarici siyasət idarəsinin başçısının sözlərinə görə,
Rakka əməliyyatını YPG ilə həyata keçirmək Suriyanın gələcəyini
riskə atmaq deməkdir.
Suriyanın Münbic şəhərini YPG-dən (PKK terror
təşkilatının Suriya qolu olan PYD-nin silahlı gücü – red.)
təmizləməkdə israrlı olan Ankaranın planı artıq
hazırdır. Türkiyə KİV-inin yazdığına görə, Ankara
əməliyyatın keçiriləcəyi barədə mesajı həm Vaşinqtona, həm də
Moskvaya çatdırıb.
Martın 10-dan sonra başlayacağı deyilən Münbiç əməliyyatının
detalları məlum olub.
Kremllə gerçəkləşdiriləcək MÜHARİBƏ PLANI: 48 saat vaxt veriləcək
Ankaranın planı artıq hazırdır.
Lakin martın 3-dəRusiya Baş qərargahının
Baş Əməliyyat İdarəsinin rəisi general-leytenant Sergey Rudskoy
açıqlaması isə Ankaranın bütün planlarını alt-üst
edir. Generalın sözlərinə görə, PYD-nin (PKK terror
təşkilatının Suriya qolu –red.) nəzarətindəki Münbiç Suriya
ordusuna təhvil veriləcək.
O, Rusiya Müdafiə Nazirliyinin səlahiyyətlilərinin iştirakı ilə
keçirilən danışıqlarda PYD-nin Münbiçdən çəkilərək buranı Bəşər
Əsəd güclərinə təhvil verməyi qəbul etdiyini söyləyib.
Rusiyanın Qərb Hərbi Dairəsinin hərbi hazırlıq üzrə
idarə rəisi, general-mayor Pyotr Milyuxin Suriyada ağır
yaralanıb. Fontanka.ru saytının yazdığına görə,
general Palmira şəhəri uğrunda gedən döyüşlərdə minaya düşüb.
General hər iki ayağını və gözünü itirib. İlk yardımı Suriyada alan
Pyotr Milyuxin vəziyyətin pisləşməsindən sonra Moskvaya Burdenko
adına hospital gətirilib. “O, bizdədir. Bundan artıq nəsə deməyə
hüququmuz yoxdur”, - deyə hospitalın 56-cı şöbəsindən
bildirilib.
Onun Suriyada yaralanan ilk Rusiya generalı olduğu
bildirilir.
Rusiya Suriya üzrə Cenevrə danışıqlarında kürdlərin
iştirakının dəstəkləyir. Bu haqda Rusiya xarici işlər
nazirinin müavini Mixail Boqdanov deyib. Ankara Rusiyadan fərqli
olaraq danışıqlarda Suriya kürdlərinin təmsilçilərindən olan
PYD-nin iştirakını istəmir. Ankaraya görə, PYD PKK terror
təşkilatının Suriya qoludur.
ABŞ prezidenti Donald Tramp Rusiya ilə birgə İŞİD
terror təşkilatına qarşı mübarizə üzrə sazişi təxirə salmaq
niyyətindədir. Bu haqda prezident
administrasiyasındakı mənbələrə istinadən “Associated Press”
agentliyi bildirib.
Mənbələr qeyd edib ki, qərar “Moskvanın bu yaxınlardakı
təxribatları”na görə qəbul edilmiş ola bilər. Bundan başqa,
qərarnın qəbulunda Rusiya ilə əməkdaşlığa müsbət baxmayan müdafiə
naziri Ceyms Mettis və Trampın milli təhlükəsizlik üzrə
məsləhətçisi Herbert Makmasterin rolunun olduğu deyilir.
Rusiya prezidenti Vladimir Putinin qışın sonuna
yaxın Mərkəzi Asiya üzrə turnesi son illər ərzində ən böyük
hadisələrdən biri oldu. Putin 26-27 fevral tarixlərində Almatıya,
daha sonra Düşənbə və Bişkekə baş çəkdi.
Səfər Moskva və respublikalar arasında diplomatik münasibətlərin
qurulmasının 25-ci ildönümünə uyğunlaşdırıldı. Vaxt da təsadüfi
seçilməmişdi: ABŞ prezidenti Donald Trampın yeni
administrasiyasının başı hələlik daxili problemlərə qarışıb. Rusiya
prezidenti qonşu regionda öz təsirindən istifadə edir. Həm də
Mərkəzi Asiyanın problemləri Rusiyaya cavab verməyi çox
çətinləşdirir.
Region hər an partlaya bilər: Əjdaha yuxuda ikən Putindən QƏFİL HÜCUM
Avropa İttifaqı (Aİ) Belarusa qarşı sanksiyaların
müddətini1 il müddətinə uzadıb. Qəbul
edilən qərara əsasən, Belarusa silah embarqosu davam etdiriləcək,
müxalif siyasətçilərin itkin düşməsində rolu olan 4 şəxsin adı qara
siyahıdan çıxarılmayacaq.
Qeyd edək ki, Aİ 2015-ci ildə Belarusa qarşı 2002-ci ildə qəbul
edilmiş sanksiyaların bir hissəsini ləğv edib. Bu qərara əsasən,
170 vətəndaş və 3 hüquqi şəxs AB-nin qara siyahısından
çıxarılıb.
Ukraynanın şərqində vəziyyət
gərginləşir. Donetsk və Luqansk “xalq
respublikaları”nın (“DXR” və “LXR”) başçıları Aleksandr Zaxarçenko
və İqor Plotnitski Kiyevə ultimatun verib. Separatçı rejimlər mart
ayının 1-dən kimi bütün Ukrayna müəssisələrinin “respublikalar”ın
hüquq sahəsinə keçdiyini açıqlayıb.
Ukrayna prezidenti Pyotr Poroşenko və Rusiya
prezidenti Vladimir Putin 2017-ci ilin əvvəlindən dörd dəfə
telefonla danışıblar. Bu haqda mənbələrə istinadən
“Kommersant” nəşri bildirib. Ukrayna Prezident Administrasiyası da
telefon danışıqlarının olduğunu təsdiqləyib.
“İşğal edilmiş Dondasdakı müəssisələrin ətrafında
ciddi vəziyyət yaranıb. Söhbət Kremlin Ukrayna ilə bağlı
taktikasının dəyişikliyindən gedir”. Bunu Rusiya
politoloqu və publisisti Andrey Piontkovskiy “Qordon” nəşrinə
deyib.
Onun sözlərinə görə, proseslərin inkişafı Rusiyaya qaçmış
Ukrayna prezidenti Viktor Yanukoviç və ya baş nazir Nikolay
Azarovun real “qayıdış”ına gətirib çıxara bilər.
Putinin “BÖYÜK QAYIDIŞ” PLANI: YENİ TAKTİKA
“BÖYÜK QAYIDIŞ” PLANI
ABŞ Konqresində qanun layihəsi vasitəsilə Rusiyanın
iqtisadi blokadasını təşkil etməyə çalışırlar. Bunu
Rusiya xarici işlər nazirinin müavini Sergey Ryabkov deyib.
Onun sözlərinə görə, sözügedən qanun layihəsi Birləşmiş
Ştatların prezidenti Donald Trampa Moskvaya qarşı sanksiyaları
yüngülləşdirməyə icazə verməyə bilər.
Rusiya ABŞ tərəfindən blokadaya alınır - MOSKVADAN SOS
ABŞ Konqresində qanun layihəsi vasitəsilə Rusiyanın iqtisadi blokadasını təşkil etməyə çalışırlar.
ABŞ prezidenti Donald Tramp ilk dəfə Konqres
qarşısında – Konqresin birgə toplantısında çıxış
edib. Fevralın 28-ə – prezidentlik fəaliyyətinin
40-cı gününə təsadüf edən çıxışında D.Tramp seçkiqabağı vədlərinin
üstündə dayanıb.
ABŞ prezidenti Donald Tramp yeni immiqrasiya
fərmanının imzalanmasını təxirə salıb. Bu haqda Ağ Ev
administrasiyanın yüksəkvəzifəli nümayəndəsinə istinadən CNN
telekanalı xəbər verib. Telekanalın məlumatına görə, Tramp
Konqresdə onun çıxışına müsbət reaksiyadan sonra bu qərarı qəbul
edib.
ABŞ prezidenti Donald Trampın immiqrasiya ilə bağlı
yeni fərmanında İraq “qadağan edilmiş ölkələr” siyahısından
çıxarılacaq. Bu haqda Ağ Evdəki mənbələrə istinadən
"Associated Press" agentliyi bildirib.
Agentliyin məlumatına görə, qərar ABŞ-ın Müdafiə Nazirliyi
(Pentaqon) və Dövlət Departamentinin təzyiqi altında qəbul edilib.
Həmin qurumlar İŞİD terror qruplaşması ilə mübarizədə İraqın əsas
rol oynamasına diqqət yetiriblər və Ağ Evdən bununla əlaqədar
mövqeyinə yenidən baxmasını istəyiblər.
ABŞ Prezidenti Donald Trampın kürəkəni Cared
Kuşnerin Rusiyanın Vaşinqtondakı səfiri Sergey Kislyakla gizli
görüş keçirdiyi iddia edilib. “Nyu York Tayms”
nəşrinin yazdığına görə, ABŞ prezidentinin milli təhlükəsizlik üzrə
keçmiş müşaviri Maykl Flinin də iştirak etdiyi görüşün 20 dəqiqə
davam etdiyi deyilir.
Məsələ ilə bağlı açıqlama verən Ağ Ev sözçülərindən Houp Hiks
Kuşnerin görüş zamanı ABŞ-Rusiya əlaqələrindən danışdığını və
Trampla rəsmi Moskva arasında əlaqə yaratmaq istədiyini
bildirib.
Daha əvvəl isə ABŞ-ın ədliyyə naziri Jeff Seşnzın
prezident Donald Trampın seçki kampaniyası zamanı Rusiyanın
ABŞ-dakı səfiri Sergey Kislyak ilə iki dəfə görüşdüyü ortaya
çıxıb. ABŞ prezidentinin milli təhlükəsizlik üzrə
məsləhətçisi Maykl Flinn isə Rusiya səfiri Sergey Kislyak ilə
görüşməsi iddialarının üzə çıxmasından sonra istefaya göndərilib.
Onun istefasına səbəb ötən ilin dekabrında Sergey Kislyakla
Rusiyaya qarşı sanksiyalara dair apardığı müzakirə barədə Donald
Trampı düzgün məlumatlandırmaması göstərilib.
Trampa daha bir ZƏRBƏ: Gizli təşkilata simpatiyası olan nazir Kremlin adamı çıxdı
Seçki kampaniyası zamanı Rusiyanın ABŞ-dakı səfiri Sergey Kislyak ilə iki dəfə görüşdüyü ortaya çıxıb.
Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi
Mariya Zaxarova isə Vaşinqtonun vətəndaş müharibəsi ilə təhdid
edib. Onun sözlərinə görə, Vaşinqton Rusiya ABŞ-dakı
səfiri Sergey Kislyakın bütün əlaqələrini dərc edərsə, o halda
Amerika cəmiyyətini şimal və cənub arasında yeni vətəndaş
müharibəsi təhdid edəcək.
Rusiyanı isə NATO qüvvələrinin Avropadakı Ali Baş
Komandanının müavini, general Adrian Bredşou müharibə ilə təhdid
edib. Britaniyalı general bildirib ki, Rusiyanın
2016-cı ildə ABŞ-da keçirilən prezident seçkilərinə müdaxiləsi
təcavüz aktı kimi qiymətləndirilə bilər.
“Seçkilərə müdaxiləni aşkar təcavüz aktıdır. Bu, NATO
nizamnaməsinin beşinci maddənin tətbiqinə gətirib çıxara bilər.
Rusiya hərbi alyansa üzv ölkələr üçün hibrid təhlükə yaradır”.
İŞİD terror təşkilatı yarandığı gündən bu yana ilk
dəfə məğlubiyyəti qəbul edib. Bu haqda İraqın Ninova
vilayətindəki mənbələrinə istinadən “Al-Sumaria” kanalı
bildirib.
Məlumata görə, İŞİD lideri Əbubəkr əl-Bağdadi son itkilərdən
sonra təşkilatın hələ də güclü olduğu bölgələrdəki üzvlərinə
audioyazı göndərərək məğlubiyyəti qəbul etdiklərini açıqlayıb.
İddiaya görə, Bağdadi Mosuldakı itkilərdən sonra verdiyi
təlimatında İŞİD üzvlərindən dağlara çəkilmələrini istəyib.
Rəsmilər audioyazını təşkilatın yeni bir taktikası kimi
qiymətləndirirlər.
Martın 2-də Rusiyanın Hərbi Hava Qüvvələrinin
dəstəyi ilə Suriya qoşunları Palmiranın alınması üzrə əməliyyatı
başa çatdırıb. Bu haqda Rusiya prezidentin mətbuat
katibi Dmitri Peskov bildirib.
Onun sözlərinə görə, şəhərin alınmasından Rusiya müdafiə naziri
Sergey Şoyqu prezident Vladimir Putininə məlumat verib.
Ömər Dağlı
Xəbərin orijinal ünvanı: http://publika.az/news/nida_tehlil/190156.htmlŞahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 0552252950 (Whatsapp)