Tovuzda sahibsiz itlər təhlükəyə çevrilib

Tovuzda sahibsiz itlər təhlükəyə çevrilib
20:27 4 Mart 2017
141 Ölkə
Ölkə mətbuatı
A- A+

İtlər küçələrdə və evlərin həyətlərində qarşılarına çıxan toyuq-cücəni tutub aparır, ev quşlarının qəniminə çevrilib.

Milli.Az xezerxeber.az-a istinadən bildirir ki, Tovuzun Avaztəpə yaşayış massivində yaşayan sakinlərin əziyyətlə yetişdirdikləri ev quşlarına itlər də şərik çıxır. Sakinlər deyirlər ki, sahibsiz itlər yaşayış yerinə yaxınlıqdakı əkin sahələrindən hücum edirlər və küçələrdə sürü ilə gəzirlər.
Ən təhlükəli məqam isə azyaşlıların məktəbə gedib-gəlmələrindədir. Sakinlər deyirlər ki, itlər yaşayış massivinə əsasən səhər və axşam saatlarında hücum çəkirlər ki, həmin vaxtlarda da uşaqları çölə tək buraxa bilmirlər. Üstəlik, onların sayının getdikcə artması sakinləri daha da narahat edir.
Rayon baytarlıq idarəsindən bildirdilər ki, itləri vurmaq qanunla qadağan edildiyi üçün onlarla mübarizə bir qədər çətindir. Üstəlik, bölgədə itlərin tutulub saxlanılması üçün müvafiq yerlər də yoxdur. Ona görə də bu heyvanlar tutulub başqa bölgələrdəki sahibsiz itlərin saxlanıldığı yerlərə göndəriləcək.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/society/523321.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR