Bakıda avtobusda cinayət törədən şəxs tutuldu

Bakıda avtobusda cinayət törədən şəxs tutuldu
11:09 7 Yanvar 2015
202 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakıda avtobusda cinayət törədən şəxs saxlanılıb. Bakı şəhər Baş Polis İdarəsindən Lent.az-a verilən məlumata görə, yanvarın 5-də axşam saatlarında 40 saylı xətt avtobusunda Quba rayon sakini, 1993-cü il təvəllüdlü Artyom Əliyev Bakı şəhər sakini 1971-ci il təvəllüdlü Elnur Məhərrəmova qarşı soyğunçuluq edib. A.Əliyev 44 yaşlı kişinin 50 manat pulunu açıq yolla talayıb.

 

Faktla bağlı CM-nin 180-ci maddəsi ilə Cİ başlanıb, araşdırmalar davam etdirilir. Sabunçu RPİ Cinayət Axtarış Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində 22 yaşlı oğlan tutulub.


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/189617

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR