Ər içkili halda həyat yoldaşı ilə yaxınlıq etmək istəyirsə

Ər içkili halda həyat yoldaşı ilə yaxınlıq etmək istəyirsə
21:22 4 Mart 2017
397 Ölkə
Ölkə mətbuatı
A- A+

Ər içkili halda həyat yoldaşı ilə yaxınlıq etmək istəyirsə, qadın bundan imtina edə bilərmi? Əgər yaxınlıq etsələr, qadın günah qazanacaqmı?

Milli.Az islam.az-a istinadən bildirir ki, Şəriət baxımından qadın öz ərinin cinsi istəklərini ödəməli və kişini cavabsız qoymamalıdır. Amma bunu unutmaq olmaz ki, içkili halda yaxınlıq etməklə doğulan uşağın gələcək aqibəti şübhəli ola bilər. Mayasında içki olan uşaq həm fiziki, həm də əqli cəhətdən qeyri-normal doğula bilər, üstəlik, bəzi etiqadi və əxlaqi naqisliklər də onda müşahidə edilə bilər. Ona görə də, ailə üzvləri bu cür məsələlərdə diqqətli olmalıdırlar. Qadın bu vəziyyətdən çıxmağa çalışmalıdır. Ərinin haqqını itirməyəcək şəkildə, xoşluqla yaxınlığı təxirə salmağa və ya ən azından mayalanmanın qarşısını almağa çalışsa daha yaxşıdır. Əgər yaxınlıq olarsa və uşağa qalarsa, qadın günah qazanmır.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/society/523111.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR