Gürcüstan prezidentinin səlahiyyətləri azaldılır

Gürcüstan prezidentinin səlahiyyətləri azaldılır
21:42 4 Mart 2017
86 Dünya
Ölkə mətbuatı
A- A+

Tbilisi. 4 mart. REPORT.AZ/ Fövqəladə hallar və hərbi vəziyyət zamanı Gürcüstan Silahlı Qüvvələri prezidentin deyil, baş nazirin əmri ilə hərəkət edəcək.
“Report”un Gürcüstan bürosu xəbər verir ki, hakim “Gürcü arzusu- demokratik Gürcüstan” partiyası belə bir təşəbbüslə çıxış edərək hazırladığı yeni qanun layihəsini yeni konstitusiya komissiyasına təqdim edib.
Yeni layihəyə əsasən, Silahlı Qüvvələrin tərkibini hökumət təsdiq edəcək. Eyni zamanda, Silahlı Qüvvələrin sayının son həddi barədə qərarı da parlamentə hökumət təqdim edəcək.
Hakim partiyanın hazırladığı sənədə əsasən, prezident yanında Milli Təhlükəsizlik Şurasını da Müdafiə Şurası əvəz edəcək. Müdafiə Şurası daimi fəaliyyət göstərməyəcək. Şura yalnız hərbi təcavüz zamanı yaradılacaq.
Prezidentin Ali Baş Komandan kimi yalnız Baş Qərargah rəisinin istefasını qəbul etmək, yenisini təyin etmək, ali hərbi rütbələr vermək, hərbi və fövqəladə vəziyyət elan etmək səlahiyyəti qalacaq.

Xəbərin orijinal ünvanı: https://report.az/region/gurcustan-prezidentinin-selahiyyetleri-azaldilir

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR