"Danışığımız uzun çəkdi" - Binəli Yıldırım

"Danışığımız uzun çəkdi" - Binəli Yıldırım
21:42 4 Mart 2017
97 Ölkə
Ölkə mətbuatı
A- A+

Türkiyənin baş naziri Binəli Yıldırım Almaniya kansleri Angela Merkellə telefon danışığının yaxşı və məhsuldar olduğunu bildirib.

Milli.Az APA-ya istinadən xəbər verir ki, bu barədə Binəli Yıldırım Ankarada jurnalistlərə bildirib.
"Bizim telefon danışığımız planlaşdırılandan uzun çəkib, danışığımız yaxşı və məhsuldar olub. Dialoq gələn həftə, XİN rəhbərlərinizin görüşündə davam etdiriləcək", - deyə Yıldırım bildirib.  
 
Qeyd edək ki, Berlin və Ankara arasında münasibətlərdə son zamanlar gərginlik müşahidə olunur. Bazar ertəsi İstanbulda Türkiyə əsilli alman jurnalisti Dəniz Yücəl həbs edilib.  O, terror təşkilatında iştirak etməkdə, məlumatlardan qanuna zidd şəkildə istifadə etməkdə və terrorizmi təbliğ etməkdə şübhəli bilinir.
 
Almaniya kansleri Angela Merkel Ankaradan jurnalistin azad edilməsini tələb edib.  
 
Bir neçə gün əvvəl Almaniyaya səfər etmiş türkiyəli nazir Bekir Bozdağın Qagennau şəhərində   planlaşdırılan çıxışı şəhər rəhbərliyi tərəfindən ləğv edilib. Bekir Bozdağ, buna cavab olaraq, alman həmkarı Hayko Maasla görüşdən imtina edərək ölkəni tərk edib. 

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/politics/523330.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR