Göygöldə ölümlə nəticələnən qəza

Göygöldə ölümlə nəticələnən qəza
21:53 4 Mart 2017
195 Ölkə
Ölkə mətbuatı
A- A+

Göygöldə ölümlə nəticələnən yol qəzası baş verib.

Publika.az APA-ya istinadən xəbər verir ki, hadisə Gəncə-Şəmkir avtomobil yolunun Quşqara kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

Hərəkətdə olan “Toyota Prado” markalı avtomobil yolu keçmək istəyən piyadanı vurub. Hələ ki, kimliyi məlum olmayan piyada dərhal xəstəxanaya çatdırılsa da, onun öldüyü məlum olub.

Faktla bağlı Göygöl rayon Polis Şöbəsində araşdırma aparılır.


Xəbərin orijinal ünvanı: http://publika.az/news/hadise/190176.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR