Roman Qriqorçuk: "Mən fəxr edirəm ki..." - MÜSAHİBƏ

Roman Qriqorçuk: "Mən fəxr edirəm ki..." - MÜSAHİBƏ
22:27 4 Mart 2017
82 İdman
Ölkə mətbuatı
A- A+

"Əsas nəticə idi. Bunu da əldə etdik".

Milli.Az apasport.az-a istinadən xəbər verir ki, bunu "Qəbələ"nin baş məşqçisi Roman Qriqorçuk deyib.
 
Azərbaycan Premyer Liqasının XXI turunda "İnter"in qonağı olan "qırmızı-qaralar" 2 cavabsız qolla qələbə qazanaraq, liderliyini davam etdirib.
 
Qarşılaşmadan sonra təşkil edilən mətbuat konfransında ukraynalı çalışdırıcının qələbə şərhi belə olub: "Əsas nəticə idi. Nəticəni də əldə etdik".
 
- Düşünmürsüz ki, ilk hissədə komandanın oyununun alınmamasında "Qarabağ"ın "Sumqayıt"a qalib gəlməsi rol oynadı?

- Belə düşünmürəm. Bəlkə də "Qarabağ"ın qalib gəlməsi səbəblərdən biri ola bilərdi. Bu, uşaqlarda narahatlıq yarada bilərdi. Ancaq ikinci hissədə vəziyyəti düzəltdik.
 
- Artıq ikinci oyundu ki, Dabo və Subotiç eyni vaxtda meydanda olanda, komanda qol vurdu. Növbəti matçda bu cütlüyü start heyətində görə bilərik?

- Onları əvvəllər də eyni vaxtda meydanda görə bilərdik. Ancaq Dabo zədəli idi. Buna görə imkan olmurdu. Artıq Dabonun zədəylə bağlı narahatlığı qalmayıb.
 
- Rasim Ramaldanovun durumu necədi?

- Futbolçunun reaksiyasından belə hiss etdim ki, sınıq var. Amma bu, dəqiq deyil. Ümid edirəm ki, Elvin Camalovdan sonra onda da belə zədə olmasın.
 
- Komanda çempionatda yaranacaq fasiləni necə dəyərləndirəcək?

- Elə də böyük fasilə deyil. Növbəti oyun ayın 14-dədi. Məşqlərimizi davam etdirəcəyik. Bəzi futbolçularımız millinin heyətində olacaq.
 
- Futbolçuların milliyə dəvət olunması növbəti oyununun hazırlığına təsir etməyəcək ki?

- Oyunçuların milli komandaya getməsini anlayırıq. Yığmanı qarşıda çətin oyunlar gözləyir. Düzdü, bu, bizə müəyyən çətinliklər yaradır, ancaq biz fəxr edirik ki, oyunçularımız milliyə cəlb edilir.
Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/sport/523336.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR