"Məcburuq ki, onları oynadaq" - Zaur Svanadze

"Məcburuq ki, onları oynadaq" - Zaur Svanadze
22:37 4 Mart 2017
84 İdman
Ölkə mətbuatı
A- A+

Azərbaycan Premyer Liqasının XXI turunda "İnter" doğma meydanında "Qəbələ"yə 0:2 hesabıyla məğlub olub.
 
Milli.Az sportal.az-a istinadən xəbər verir ki, oyundan sonra baş tutan mətbuat konfransında paytaxt klubunun baş məşqçisi Zaur Svanadze fikirlərini bildirib:
 
- Komandamız yorğun görünürdü. İlk hissədə heç nə ilə yadda qalmadıq. Qəbələ" çox yaxşı komandadı. Növbəti oyuna hazırlaşmalıyıq.
 
- Əvəzetmələrinizdən sonra üçlü müdafiəyə keçdiniz. Bundan sonran qapınızda qollar gördüz. Taktiki dəyişikliyin qolların buraxılmasında nə dərəcədə rolu oldu?

- Samir Zərgərovla Pərdis Fərcad-Azadın meydana daxil olması taktiki dəyişiklik deyildi. Pərdisin də Samirin də qol vurmaq şansı var idi. Sadəcə, müdafiədə buraxılan səhvlərə görə qapımızda qollar gördük.
 
- "İnter"in həm ikinci, həm də dördüncü pillə ilə çox böyük xal fərqi var. Bu amil oyunlara köklənməyə mənfi təsir etmir?

- Xeyr, rahatlaşmırıq. Xal fərqini o qədər də çox hesab etmirəm. Xal fərqi bizi arxayınlaşdırmır.
 
- "Qarabağ"la oyunda "İnter" daha istəkli idi. Bu gün isə sanki oyununuz alınmadı. Bunun səbəbi nədi?

- Bizim 24 futrbolçumuz var. Bunlardan üçü qapıçıdı. Qalan 21 futbolçudan 8 nəfəri gəncdi. Biz də məcburuq ki, onları oynadaq. İndi fasilə yaranacaq. Fasilədən sonra isə qrafikimiz sıxdı. Ehtiyat oyunçular skamyamızın zəngin olmaması bizə problem yaradacaq.
 
- Maaşların ayın 10-dək veriləcəyi deyilirdi. Yeni bir xəbər var bu barədə?

- Bəli, elə deyiblər. Martın 10-u maaşlar veriləcək.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/sport/523337.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR