Qadın, yoxsa kişi məntiqi?

Qadın, yoxsa kişi məntiqi?
22:52 4 Mart 2017
103 Ölkə
Ölkə mətbuatı
A- A+

"Qadın məntiqi" anlayışı bir sıra ölkə alimləri tərəfindən öyrənilir. Bu istiqamətdə aparılan altı min nəfərin iştirak etdiyi tədqiqatların nəticəsində bəlli olub ki, kişi və qadın məntiqi arasında xüsusi bir ayrıcalıq yoxdur.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, hər iki cinsin nümayəndələrinin iştirak etdiyi tədqiqatlar test tapşırıqları əsasında aparılıb. İştirakçılara özlərini testlərdə göstərilən şəxsin yerinə qoymaları, çətin anda onun yerinə qərar qəbul etmələri tapşırılıb. İmtahanların nəticəsində kişi və qadınlar arasında düşüncə tərzində çox böyük fərq qeydə alınmasa da, vəziyyətin qiymətləndirilməsi baxımından fikir ayrılığı müşahidə edilib.

Alimlər bunu qadın həssaslığı və prioritet müxtəlifliyi ilə izah ediblər. Belə ki, kişi düşüncə tərzinin daha rasional, qadınların isə mənəvi əzab verə biləcək qərarlardan çəkingən olduğu müşahidə edilib.

Növbəti, emosional faktorların olmadığı testlərdə isə hər iki cinsin nümayəndələrinin verdikləri qərarlar arasındakı fərq təxmini on faiz təşkil edib. Bundan əlavə bəlli olub ki, qərarın verildiyi zaman və informasiyanın toplanması kimi amillər əsas rol oynayır. Kişilər qadınlara nisbətən daha tez və müstəqil qərar qəbul edir. Qadınlar isə alınacaq qərarı hərtərəfli düşünməyə və bunun üçün müxtəlif rəylər öyrənməyə üstünlük verirlər.

Tədqiqatçıların fikrincə, qadın məntiqinin kişilərə nisbətən daha bir üstün cəhəti də öz fikir və düşüncələri ilə ətraf mühitlə bölüşməsidir.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/society/523341.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR