Gəncədə iki avtomobil toqquşub, 1 nəfər xəsarət alıb

Gəncədə iki avtomobil toqquşub, 1 nəfər xəsarət alıb
22:57 4 Mart 2017
123 Ölkə
Ölkə mətbuatı
A- A+

Gəncə. 4 mart. REPORT.AZ/ Gəncə şəhərində bir nəfərin yaralanması ilə nəticələnən yol qəzası baş verib.
"Report"un Qərb bürosunun məlumatına görə, hadisə Heydər Əliyev prospektində "Ford" markalı avtomobil ilə "VAZ -2106"nın toqquşması nəticəsində baş verib.
Qəza zamanı "VAZ" markalı avtomobilin sürücüsü müxtəlif bədən xəsarətləri alaraq Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasına yerləşdirilib. Qəzada hər iki avtomobilə ciddi ziyan dəyib.
Hadisənin baş vermə səbəbləri aparılan araşdırmalardan sonra məlum olacaq.

Xəbərin orijinal ünvanı: https://report.az/hadise/gencede-iki-avtomobil-toqqusub-1-nefer-xesaret-alib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR