"Mən fəxr edirəm ki..." - Roman Qriqorçuk

"Mən fəxr edirəm ki..." -   Roman Qriqorçuk
23:07 4 Mart 2017
62 İdman
Ölkə mətbuatı
A- A+

“Əsas nəticə idi. Bunu da əldə etdik”. Bunu “Qəbələ”nin baş məşqçisi Roman Qriqorçuk deyib.

 

Azərbaycan Premyer Liqasının XXI turunda “İnter”in qonağı olan “qırmızı-qaralar” 2 cavabsız qolla qələbə qazanaraq, liderliyini davam etdirib.

 

Qarşılaşmadan sonra təşkil edilən mətbuat konfransında ukraynalı çalışdırıcının qələbə şərhi belə olub: “Əsas nəticə idi. Nəticəni də əldə etdik”.

 

- Düşünmürsüz ki, ilk hissədə komandanın oyununun alınmamasında “Qarabağ”ın “Sumqayıt”a qalib gəlməsi rol oynadı?

- Belə düşünmürəm. Bəlkə də “Qarabağ”ın qalib gəlməsi səbəblərdən biri ola bilərdi. Bu, uşaqlarda narahatlıq yarada bilərdi. Ancaq ikinci hissədə vəziyyəti düzəltdik.

 

- Artıq ikinci oyundu ki, Dabo və Subotiç eyni vaxtda meydanda olanda, komanda qol vurdu. Növbəti matçda bu cütlüyü start heyətində görə bilərik?

- Onları əvvəllər də eyni vaxtda meydanda görə bilərdik. Ancaq Dabo zədəli idi. Buna görə imkan olmurdu. Artıq Dabonun zədəylə bağlı narahatlığı qalmayıb.

 

- Rasim Ramaldanovun durumu necədi?

- Futbolçunun reaksiyasından belə hiss etdim ki, sınıq var. Amma bu, dəqiq deyil. Ümid edirəm ki, Elvin Camalovdan sonra onda da belə zədə olmasın.

 

- Komanda çempionatda yaranacaq fasiləni necə dəyərləndirəcək?

- Elə də böyük fasilə deyil. Növbəti oyun ayın 14-dədi. Məşqlərimizi davam etdirəcəyik. Bəzi futbolçularımız millinin heyətində olacaq.

 

- Futbolçuların milliyə dəvət olunması növbəti oyununun hazırlığına təsir etməyəcək ki?

- Oyunçuların milli komandaya getməsini anlayırıq. Yığmanı qarşıda çətin oyunlar gözləyir. Düzdü, bu, bizə müəyyən çətinliklər yaradır, ancaq biz fəxr edirik ki, oyunçularımız milliyə cəlb edilir. (Apasport.az)


Fanat.Az


Xəbərin orijinal ünvanı: http://fanat.az/xeber-quotmn-fxr-edirm-kiquot-t56695.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR